Hindistanın Baş naziri 5 ildən sonra ilk dəfə Çinə səfər edəcək

Asiya

Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.

APA Hindistan mediasına istinadən xəbər verir ki, Modu Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək.

Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq.

Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir