Türkiyə XİN rəhbəri və Qətər əmiri görüşüb

Asiya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüşüb.

APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, görüş Doha şəhərində keçirilir və hazırda davam edir.

Görüşün detalları barədə isə hələlik məlumat açıqlanmayıb.