Əraqçı: Ermənistan Vaşinqton razılaşmalarından sonra İranın bütün “qırmızı xətlər”inə əməl olunduğunu Tehrana çatdırıb

Asiya

Ermənistan Vaşinqton razılaşmalarından sonra Sünik marşrutu ilə bağlı İranın bütün “qırmızı xətlər”inə əməl olunduğunu Tehrana çatdırıb.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı IRNA-ya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.

Əraqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu, baş verməyib: “Əlbəttə gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir