İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

Asiya

İran və Avropa üçlüyü ( Britaniya, Almaniya, Fransa) XİN başçılarının bu gün müştərək telefon danışığı baş tutacaq.

APA xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, telefon danışığında Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edəcək.

Tərəflər İranın nüvə proqramı və bu ölkəyə qarşı sanksiyaların ləğv olunması məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Avropa ölkələrinin İranın nüvə təsisatlarına hücumlarla əlaqəsi müzakirə olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir