Mingəçevir Dövlət Dram Teatrında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə uşaqlar üçün hazırlanmış “Şaxta Babanın Mingəçevir sərgüzəştləri” adlı şou proqram

Bölgə

tamaşasının nümayişinə başlanılıb. Məqsəd bayram ərəfəsində və tətil günlərində uşaqların vaxtının səmərəli və əyləncəli keçirmək, onlara yüksək bayram əhval – ruhiyyəsi bəxş etməkdir.
Günel Məcidovanın pyesi əsasında səhnələşdirilən tamaşada iki uşağın – Cəlal ilə Əhmədin mübahisəsindən, onların Şaxta Babaya məktub yazaraq, həqiqəti öyrənmək üçün onu buraya dəvət etməsindən bəhs edilir. Cəlal ilə Əhməd Mingəçevirdə yaşayır. Burada bir kasıb ailə var. Hər gecə onların qapısının ağzına hədiyyələr qoyulur. Uşaqlar bu hədiyyələrin kimin gətirdiyini bilmək istəyirlər və Şaxta Babaya məktub yazırlar. Şaxta Babaya da hədiyyələrin kimdən gəldiyi maraqlı gəlir. Ona görə də uşaqlar üçün Laplandiyadan Azərbaycana gəlir. Onun ardınca Şaxta Nənə, Qar Qız, Ayı, Canavar, Dovşan da Azərbaycana – Mingəçevir şəhərinə gəlirlər. Bütün hadisələr də məhz burada cərəyan edir. Ən sonda hədiyyələrin kimin verdiyi məlum olur.
Tamaşanın quruluşçu rejissoru Vüsal Akif Mehrəliyev, rejissor İbrahim Salamov, quruluşçu rəssam Vəfa Həmzəyeva, musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluşu Eyvaz Əliyev, rejissor assistenti isə Məlahət Ağayevadır.
Teatrda Yeni il şənlikləri yanvarın 3-dək davam edəcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir