Azərbaycanda vəkili evində əməliyyat etdilər: “Xəstəxanalarda yer yoxdur” – Foto

Cəmiyyət Gündəm

Azərbaycanın məşhur vəkillərindən biri olan Loğman Abdullayev evində cərrahiyyə əməliyyatı keçirib.

Bu barədə vəkilin özü bildirib.

Onun sözlərinə görə, paytaxt xəstəxanalarında yer olmadığı üçün cərrah onun evinə gəlib:

“Hər şey arxada qaldı. Xəstəxanalarda yer olmadığı üçün əməliyyatı evdə elədilər. Xəstəxana dili ilə desək, reanimasiyadan palataya verildim. Ayağımdan əməliyyat olundum”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir