Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir

Cəmiyyət Gündəm

Azərbaycanda bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəki rayonunun giriş-çıxışlarında polis postları qurulub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəhərdə daim hərəkətin intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.
Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir.
Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.
Qeyd edək  ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıblar, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir