ADPU-nun Quba Filialının əməkdaşı Nəhayət Şirinova gəncləri mətbuatda yayılan informasiyalarla bağlı daha diqqətli olmağa səsləyib

AKTUAL Cəmiyyət Gündəm

Tariximiz boyu zaman-zaman Azərbaycan xalqının düşməni olan erməni şovinistləri, naməlum qüvvələrin havadarlığı altında xalqımıza qarşı məkrli siyasət yürütmüş, qırğınlar, soyqırımlar həyata keçirtmişdirlər. Bu son günlərdə mənfur, işğalçı düşmənlərimiz Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində ayın 12-dən başlayaraq sərhədlərimizi kobudcasına pozmuşdur. Bu təxribat düşmənlərimizin məkr dolu növbəti addımıdır. Lakin buna baxmayaraq yenə məğrur Azərbaycan ordusu bir daha Azərbaycan dövlətinin nəyə qadir olduğunu bəyan etməklə yanaşı həm də milli birliyimizi, milli həmrəyliyimizi, milli sədaqətimizi, milli dəyərlərimizi sərgiləmiş oldu. Bəli, Azərbaycan ordusunun generalları öz əsgərlərinin önündə döyüş meydanına atılaraq torpağlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edərək qəhrəmancasına şəhid oldular. Yalnız qürürlana bilərik. Çünki torpağ su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur. Allah şəhadətlərini yüksək etsin. Ölkənin ictimai sferasında hər zaman öz aktivliyi, şücaəti, fədakarlığı ilə seçilən Azərbaycan gəncləri də Vətənin dar günündə yenə öndə olmağı bacardı və Cənab Ali Baş Komandanın bir əmrinə müntəzir oldugunu bariz şəkildə izhar etdi. Belə ki, Milli Ordumuz təcavüzkar düşmənlərimizin hücum cəhdlərini məhv etdiyi bir zamanda Azərbaycan gəncləri istər real fəaliyyətlərində istərsə də sosial şəbəkələrdə xalqımıza, vətənimizə qarşı çirkin mövqe seçən mənfur erməni təbligat maşınına qarşı mübarizəyə kökləndi,əsl həqiqətləri ictimaiyyətə catdırmaq üçün səy göstərdilər. Bu gün dünyada gedən informasiya müharibəsi ilə mübarizədə məhz bizim gənclər doğru və düzgün münasibət ortaya qoymaqdadır. Ölkə gəncləri ilə yanaşı biz Quba gəncləri də daim Ali Baş Komandanımız, müdrik siyasi liderimizin ətrafında sıx birləşmişik. Onun verdiyi qərarları dəstəkləyir və hər an döyüş əmrini gözləyirik. Biz hər zaman Prezidentimizlə, ordumuzla birik və torpaqlarımızın hər qarışını canımızla, qanımızla qorumağa hazırıq. Bu gözəl təşəbbüsümüzə həm də minlərlə vətəndaşımız, müharibə veteranları, hərbi qulluqçular, şəhid övladları, qoşulmuşdur. Nə gədər ki, işğal altında olan topağlarımız azad olunmayıb, biz hər zaman faşıst mövgeyli düşmənlərimizlə mübarizə aparmaga hazırıq. Əfsuslar olsun ki, bu gün biz yalnız cəbhədə düşmənlə döyüş aparmırıq, içimizdə sapı özümüzdən olan baltalar var. Cox əfsus olsun ki, sosial şəbəkələrdə özünü bu xalqın nümayəndəsi kimi təqdim edən və düşmən kəşfiyyatına xidmət edən bəzi qruplar fəaliyyətdədir. Bax ona görə də bu gün biz gənclərin üzərinə daha böyük məsuliyyət yükü düşür. Əziz gənclər son dərəcə həssas olmalıyıq.Hər birinizi bu həssas dönəmdə yalnız və yalnız rəsmi məlumatlara əsaslanmağa və rəsmi xəbərlərə inanmağa çağırırıq. Bütün həmvətənlərimizi birliyə bərabərliyə dəvət edirik. Gəlin düşmən dəyirmanına su tökməyək! Və əminəm ki, bu birliyimiz bizi Qarabağımıza, Şuşamıza, Laçınımıza və diğər düşmən tapdağı altında olan dilbər guşələrimizə aparacaqdır. Rəbbim dövlətimizi, vətənimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir