“Bu gün zurnaistlərin günü yox, əsl JURNALİSTlərin günüdür”

AKTUAL Cəmiyyət Gündəm

“Siyasətdə, beynəlxalq aləmdə baş verən yeniliklərin cəmiyyətdə işıqlandırılmasında medianın rolu əvəzsizdir”. Bu sözləri Milli Mətbuat günündə jurnalistləri təbrik edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
İstər iqtidar, istərsə də müxalifətyönümlü qəzet və xəbər portallarının hər birinə açıq olan MMP sədri belə bir gündə heç kimə fərq qoymaq istəmədiyini vurğulayıb.
H.Hacıyev qeyd edib ki, vaxtilə partiyasının eyni adda qəzeti işıq üzü görürdü və redaksiya qərərgahla eyni binada yerləşdiyi üçün istər-istəməz jurnalistlərlə sıx görüşürdü:
 “Həmin vaxtlar demək olar ki, jurnalistikanın da sirlərinə az-çox bələd olurdum. Çox əziyyətli işdir, böyük zəhmət tələb edən peşədir. Bu gün ortalığı qarışdıran, ucuz informasiyaya qaçan zurnalistlərin günü yox, dövlətçiliyimizin maraqlarından çıxış edən əsl JURNALİSTlərin günüdür.
22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə bütün media nümayəndələrini Müasir Müsavat Partiaysı, şəxsən öz adımdan təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli, xəbərləriniz qərəzsiz olsun”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir