Məktəbli formalarının tikilişi dayandırılıb – RƏSMİ

Cəmiyyət Gündəm

Məktəbli formalarının tikilişi dayandırılıb – RƏSMİ

Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.

Bu barədə BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:

“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız mövcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir