Millət vəkilindən karantin günlərində kommunal xərclərdən azad olunmasıyla bağlı ÇAĞIRIŞ

Cəmiyyət Gündəm

Bilmirəm, bizdə ayrı-ayrı xidmət sahələrində hesablamalar necə aparılır, ancaq bu karantin rejimində evdə qalan insanların içində aztəminatlı və yardıma ehtiyacı olan ailələr 14 gün ərzində sərf etdikləri elektrik, qaz və su ilə bağlı ödəməlirindən azad olunmalıdır. 
Yayda xüsusilə elektrik və su sərfiyatı kəllə-çarxa çıxacaq. Bu ehtiyacı olanlar həmin 190 manatı alan, yaxud da bunu gələcəkdə alması nəzərdə tutulan, bir də müddətli sosial müavinət alan vətəndaşlardır. Bu güzəştə hamını ona görə qatmaq olmaz ki, imkanı olan təbəqə fürsətçilik etməsin, dövlətimizin bu çətin durumunda ödənişlərini vaxtlı-vaxtında etsin ki, sıxıntıların masştabı bir qədər azalmış olsun. 
Bu çox önəmli məsələdir, çünki bir çox insanlar məhz bu amili əsas götürüb təcridolunma tədbirindən gileylənirlər. Burada haqlılıq payı olsa da, əsas hədəfimiz təcrid olunaraq sağlamlığımızın qorunması üçün bütün boşluqları bəri başdan məqsədyönlü şəkildə doldurmaqdır.
Fazil Mustafa, Millət vəkili

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.