Cəmi 11 yaşı olan Vasif qaraciyər sirrozundan əziyyət çəkir – FOTO

Cəmiyyət

Qazıyev Vasif Seymur oğlu qaraciyər sirrozundan əziyyət çəkir.

B barədə Oxu.Az-a onun atası Qazıyev Seymur Kərim oğlu məlumat verib.

O qeyd edib ki, övladı 1 il 4 aydır ki, bu xəstəliklə mübarizə aparır:

“Vasif əməliyyat olunmalıdır. Ona qaraciyər köçürülməlidir. Donor isə əmioğlusudur. Türkiyədə özəl xəstəxanaların birində əməliyyat olunacaq. Bunun üçün bizə 50 min manat lazım idi. O pulun böyük hissəsini toplamışıq. Cəmi 5 min manat əskiyimiz qalıb. Oğlumun qarnına su yığılır. Vəziyyəti getdikcə ağırlaşır. İmkanlı şəxslərdən əskik qalan pulu toplamağımız üçün kömək istəyirəm”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qazıyev Vasif Seymur oğlunun valideyni ilə əlaqə saxlanılıb:

“Övladının qaraciyər çatışmazlığından əziyyət çəkdiyini bildirərək Türkiyə Respublikasının Ankara şəhərindəki “Acıbadem“ xəstəxanasında müalicəsi ilə bağlı (qaraciyər transplantasiyası) köməklik göstərilməsini xahiş edir. İcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində hal-hazırda xidmət təminata daxil olmadığı üçün vətəndaşa bu barədə müvafiq məlumat verilib”.

Vasifin ailəsi ilə əlaqə üçün: +99470-985-68-03.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir