Azərbaycanda daha bir telejurnalist koronavirusa yoluxdu – FOTO

Cəmiyyət Gündəm

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.
Televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.
O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı da koronavirusa yoluxub.(baku.tv)

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir