Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.
Hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.
“Üzümüzə gülüb bacıma iki bıçaq zərbəsi vurdu. Üçüncünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.
Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirmiş:
“Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də ailəsi dağılmasın deyə, öz evinə qaytarırdım”.
Ətraflı videonu təqdim edirik:
www.102info.az