İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin iclası keçirilib. İclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.
S. Möhbalıyevin təklifi ilə iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra S. Möhbalıyev Rəyasət Heyətinin üzvlərinə Həmkarlar İttifaqının sədri Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə bağlı məlumat verib. AHİK sədri uzun illər təşkilata rəhbərlik etmiş Etibar Əliyevin xidmətlərindən danışıb və onunla bağlı xatirələrini bölüşüb.
Rəyasət Heyətinin yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi sistemində məsul vəzifələrdə işləmiş Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib.
aia.az