“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Bir müddət öncə ölkədə getdikcə artan kibertəhlükəsizlik
çağırışlarına cavab olaraq “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən
İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi –
“Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik
Mərkəzi təsis edilib. Sözügedən mərkəzin beşinci məzun günü
keçirilib.

Bu dəfə məzun olan mütəxəssis sayı 100, ümumi müraciətlərin sayı
isə 2400-dən çox təşkil edib. İnidyədək Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzində 380 peşəkar kibertəhlükəsizlik
mütəxəssisi yetişdirilib.




“PAŞA Holding”in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində
regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim
heyəti Azərbaycana gələrək təlim iştirakçıları ilə ən son
kibertəhlükəsizlik təhdidləri, tendensiyaları barədə yenilikləri və
ən yaxşı təcrübələri bölüşüblər.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik
cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır.
Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş
sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və
laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda
tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada
bilirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir