
Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin
Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində
aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat
08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti
qismən məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən
qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol
hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə
riayət etmələri xahiş olunub.

