Abşeronda boya istehsalı zavodundakı yanğında xəsarət alanların sayı və vəziyyəti açıqlandı (YENİLƏNİB)

Cəmiyyət

Bakı. Trend:

22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron
rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın
hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, çağırış əsasında ümumilikdə 7 təcili tibbi yardım
briqadası hadisə yerinə cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli)
tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən
sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi
cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss
etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib”,- deyə əlavə
edilib.

XXX




13:57

22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron
Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın
hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna
cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi
yardım briqadası hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir