
Bakı. Trend:
Bu il IV qrup üzrə imtahanda 600-dən yuxarı bal toplayan 10
abituriyent müsabiqədən kənarda qalıb.
Trend xəbər verir
ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, səbəb onların ərizələrində məhdud sayda ixtisas
kodu göstərməsidir. Nəticədə yüksək nəticə göstərmələrinə
baxmayaraq, seçim imkanlarının azlığı onların qəbul şansını
məhdudlaşdırıb.

