“Dostlar MM Kredit İttifaqı”nın 2025-ci il üzrə audit hesabatı açıqlanıb

Cəmiyyət

“Dostlar MM Kredit İttifaqı” MMC-nin 2025-ci il üzrə maliyyə hesabatlarına dair müstəqil auditor rəyi açıqlanıb. Audit “XƏZƏR-AUDİT 2020” MMC tərəfindən aparılıb. Auditor rəyində bildirilir ki, təqdim edilmiş maliyyə hesabatları ittifaqın 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və il üzrə maliyyə nəticələrini bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli əks etdirir.

Audit 01 yanvar 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək olan dövrü əhatə edib. Sənəddə qeyd olunur ki, audit 06 aprel 2026-cı ildə başlanıb və 17 aprel 2026-cı ildə başa çatıb.

Hesabata əsasən, “Dostlar MM Kredit İttifaqı” MMC-nin 31 dekabr 2025-ci il tarixinə cəmi aktivləri 184 978 manat təşkil edib. Üzvlərə verilmiş kreditlərin qalığı isə 182 538 manat olub. Pul vəsaitləri və bank hesabları üzrə qalıq 1 847 manat göstərilib.

Əsas maliyyə göstəriciləri

GöstəriciMəbləğ
Cəmi aktivlər184 978 manat
Üzvlərə verilmiş kreditlər182 538 manat
Pul vəsaitləri və bank hesabları1 847 manat
Alınacaq faiz və haqlar593 manat
Cəmi kapital184 978 manat
Üzvlərin payı103 927 manat
Ehtiyatlar72 852 manat
Cari ilin xalis gəliri8 199 manat

2025-ci il üzrə ittifaqın ümumi gəliri 33 244 manat olub. Bunun 31 220 manatı faiz gəlirlərindən, 2 024 manatı isə qeyri-faiz gəlirlərindən formalaşıb. Ümumi və inzibati xərclər 22 995 manat, vergi ödənildikdən sonra xalis gəlir isə 8 199 manat təşkil edib.

Auditor rəyində maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun yoxlanıldığı qeyd edilir. Həmçinin bildirilib ki, auditor əldə edilən audit sübutlarının rəyin əsaslandırılması üçün yetərli və münasib olduğunu hesab edir.

Hesabatda “Dostlar MM Kredit İttifaqı” MMC-nin Fizuli rayonu, Horadiz qəsəbəsində fəaliyyət göstərdiyi, nizamnamə fondunun isə 103 927 manat olduğu göstərilib.

Auditin yekun hissəsində vergi qanunvericiliyində edilmiş dəyişikliklərə əməl olunması və maliyyə risklərinin azaldılması üçün tədbirlər planının hazırlanması tövsiyə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir