KOBİA sədri: “Tibbi xidmətlər müasir standartlara uyğunlaşdırılmalıdır”

Cəmiyyət

“Əczaçılıq çox önəmli sektordur”. 

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı KOBİA sədri Orxan Məmmədov deyib. 

Onun sözlərinə görə, əczaçılıq dövlət qayğısının ən önəmli məsələlərindəndir: 

“Bu qayğı daha da müasir səviyyəyə çatdırılmalıdır. Bu, əczaçıların rahat fəaliyyətinə zəmin yaradacaq. Səhiyyə sisteminin əsas hissəsi əczaçılıqdır. Tibbi xidmətlər müasir standartlara uyğunlaşdırılmalıdır. Birlik və agentliklər aktiv işləməlidirlər. Biz mütəmadi görüşməliyik. Bəzi məsələlər yeni olsa da, sizə dəstək olmağa hazırıq. Problemlərin olması normal haldır. Həll istiqamətində strategiya tapmalıyıq”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir