Gəncədə Suvarma Sistemləri İdarəsinə məxsus subartezian quyusunu elektriklə təmin edən naqilləri oğurlayan şəxs saxlanılıb.
“Report”un məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Babayev saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun iki həyətyanı sahədən su mühərriki və təmir-tikinti aləti də oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az