Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq oğurluq edib

Cəmiyyət

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28 000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.

www.102info.az