Narkotiklə əlaqəli 7 344 fakt üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin səkkiz ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 344 fakt aşkarlanıb. Bu faktlar üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.
www.102info.az