Füzulidə yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb

Cəmiyyət

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love