Azərbaycanda dönər bahalaşıb

Cəmiyyət

Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb.

Bu barədə Trend-ə bazardakı mənbələr məlumat verib.

Əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 – 5,50 manat dəyişirdi. Hazırda isə 10 gündür ki toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır.

Qiymət artımı ilə əlaqədar paytaxtda müxtəlif yerlərdə satılan toyuq dönərinin də qiymətində artımlar baş verib. Qiymət artımı etməyən dönərxanalar isə dönərin porsiyasına dəyişiklik etməli olublar.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən qeyd etdiyiniz toyuq ətinin qiyməti dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif və istehsal xərclərinin dinamikası əsasında, eyni zamanda dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) müvafiq məhsulun və onun əsas xammallarının qiymətlərinə uyğun olaraq formalaşır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkədə ərzaq məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə dövlət xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və qanun pozuntuları aşkar olunan zaman qanunvericiliyə uyğun tədbirlər görülür”, – deyə qeyd olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir