Lənkəranda şəhidin ailə üzvünün çantasından pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara sakini, Vətən müharibəsi şəhidinin ailə üzvü olan bir nəfər qadın polisə müraciət edərək Lənkəran şəhəri Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az