Bakı metrosunda sıxlıq yarandı – FOTO

Cəmiyyət

“Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaşanıb.

Oxu.Az xəbər verir ki, nəticədə sərnişinlərin stansiyaya daxil olmasında çətinlik yaranıb.

Məlumata görə, sıxlığın yaranma səbəbi stansiya qapılarında dayanan metropoliten əməkdaşlarının üzərində çanta olan şəxsləri sadəcə bir qapıdan daxil olmasına imkan yaratması olub.

Digər qapı çantasız şəxslər üçün nəzərdə tutulsa da, demək olar ki, əksəriyyətin işdən çıxma saatı olduğu və üzərində əşya daşıdığı üçün digər qapı işlək olmayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir