Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az