Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas Ağcabədi rayonunun su problemindən danışıb.
Millət vəkilinin sözlərinə görə, rayonda 115 artezian quyusu işləmir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə cəmi 11 quyunun bərpasına pul ayırıb.
“Camaat deputatdan da, icra başçısından da artezian tələb edir. Mən onları inandıra bilmirəm ki, quyunu bərpa etməyə imkanım yoxdur”, – deyə o əlavə edib.
Deputat bildirib ki, icra başçısı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hələ 11 quyunun bərpası başa çatdırılmayıb.
“Qabaq Yaponiya bir neçə artezianı bərpa etmişdi. İndi gərək Yaponiya səfirindən xahiş edim ki, Ağcabədinin Taynaq kəndində artezian quyusunu bərpa etsin ki, camaat susuz qalıb kənddən köçməsin”, – deyə A. Abbas kinayə ilə qeyd edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az