Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 18 yaşlı Miriyev Sabir Lütfiyar oğlu evdə özünü asaraq həyatına son qoyub.
Əldə etdiyimiz ilkin məlumata görə, Sabir Türkiyədəki universitetlərdən birində oxuyurmuş. O, təhsil haqqını ödəyə bilmədiyi və bilet almağa pul tapmadığı üçün canına qəsd edib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
www.102info.az