Toya hazırlaşan ərəfədə şəhid xəbəri gələn baş leytenant Hüseyn Nəcəfzadənin nişanlısı danışıb.
Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı.
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinə danışan şəhidin nişanlısı Atlas Kazımova onun barəsində danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Heç düşünməzdim ki, gəlinliyin əvəzinə əynimdə forma olacaq”.
Onların hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb, qayıdanda oğlunun şəhid xəbərini eşidib.
Daha ətraflı verilişi təqdim edirik:
www.102info.az