5 yaşlı Əfrasiyab qan xərçəngindən əziyyət çəkir: Müalicə üçün pulundan cəmi 3 min manat əskikdir – FOTO

Cəmiyyət

Beş yaşlı Əfrasiyab Məcidli leykozdan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə onun anası Tünzalə Məcidova məlumat verib.

O bildirib ki, oğlu iki ildir bu xəstəliklə mübarizə aparır.

“Hazırda vəziyyəti ağırdır. Oğlumda həm də hepatit C var. Həkimlər bildirirlər ki, qanında yoxlanış zamanı 2 dəfə hepatit aşkarlanıb. Bu hal yenidən təkrarlanarsa, ona qaraciyər sirrozu diaqnozu qoyula bilər. Almaniyada xəstəliyin müalicəsi mümkündür. Bunun üçün bizə 50 min manat pul lazım idi. Bu puldan 3 min manat əskiyimiz qalıb.

Oğlumun sizlərin dəstəyinə ehtiyacı var. O, hələ çox kiçikdir və 3 yaşından bəri bu amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən vətəndaş Məcidli Əfrasiyab Məcid oğlunun valideyni ilə əlaqə saxlanılıb:

“Valideyn övladının kəskin limfoblast leykemiya qan xəstəliyindən əziyyət çəkdiyini və Almaniya Federativ Respublikasında kimyaterapiya yolu ilə müalicəsi üçün köməklik edilməsini xahiş edib.

Məlumatın ətraflı araşdırılması üçün Agentlik tərəfindən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edilib. Tibb müəssisəsindən verilən məlumata əsasən, vətəndaş sözügedən institutda 22.04.2020-ci il tarixindən qeydiyyatdadır.

Valideynə Agentlik tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” çərçivəsində övladına lazım olan müalicə ilə bağlı ödənişsiz xidmət göstərilməsinin mümkünlüyü izah edilib. Lakin ailə imtina edərək xəstənin yalnız Almaniya Federativ Respublikasında müalicə olunmasına qərar verdiyini və bu ölkədə tibbi xidmət almaq üçün yardım aksiyasına ehtiyacı olduğunu ifadə edib”.

Əlaqə nömrəsi: 055 758 94 88

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir