Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqların təhlükəsizliyi mövzusunda sualları cavablandıracaq – ANONS

Cəmiyyət

Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində gündəlik həyatda uşaqların təhlükəsizliyi mövzusu müzakirə olunacaq. 

Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimovdur.

Yayım müddətində uşaqların gündəlik həyatda təhlükəsizliyi, onlara nəzarət, təhlükəli məqamlarda yaranan xoşagəlməz hallar üçün ilkin yardım məsələləri müzakirə olunacaq və izləyicilərin sualları cavablandırılacaq.

www.102info.az