“Jurnalistlərin hər hansı bir tədbirdə iştirak etməsi üçün “Media haqqında” qanunda hər hansı bir məhdudiyyət yoxdur”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Media Reyestrinə daxil edilmək üçün jurnalistlərin özləri müraciət etməlidirlər:
“Reyestrə daxil olmayan jurnalistlərin fəaliyyətində isə hər hansı məhdudiyyət yoxdur”.
www.102info.az