Göygöl sakini qayadan yıxılaraq öldü

Cəmiyyət

Göygöl rayonunda bədbəxt hadisə baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

1960-cı il təvəllüdlü Məhərrəmov Elman İsa oğlu kənd ərazisində qayadan yıxılıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love