Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşdı.
“Report”un məlumatına görə, Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri – Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.
Digər 2 nəfər – 1996-cı il təvəllüdlü R.Abbasova və 2000-ci il təvəllüdlü C.Abbasov isə yüngül xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzaya düşənlər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az