Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib.
Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıblar.
www.102info.az