“Quba rayonunun Xınalıq kəndinin 2023-2024-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına salınması üçün layihə hazırlanır”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, hazırda kənddə bərpa-quruculuq işləri görülür:
“16 ev təmir olunub. Bu ilin sonuna isə daha 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssislər dəvət olunub”.
Sədr qeyd edib ki, UNESCO-nun tələbinə əsasən kəndə su və kanalizasiya xətti çəkiləcək.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib.
İlhamə Əbülfət
www.102info.az