Hafiz Hacıyev: “Prezidentin ətrafında sıx birləşməyimiz bizi böyük qələbəmizə yaxınlaşdırır”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 9 Noyabr – Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
Əziz xalqım,
Azərbaycan bayrağı bu günümüzə çox qanlar-qadalar keçərək gəlib çatıb. Onun uğrunda çox qəhrəmanlarımız canlarını fəda ediblər. Bu gün də bayrağımızı daim yüksəkliklərdə dalğalandırmaq üçün mübarizələrimiz davam edir. Bu gün də bayrağımızın, müstəqil dövlətimizin bərqərar olması üçün hər kəs cəm olub.
Əziz xalqım,
Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun bu gün işğaldan azad etdiyimiz tarixi torpaqlarımızda şərəflə, qürurla sancdığı bayrağımız yenə də qanlar-qadalar keçərək o torpaqlarımızda dalğalanır bu gün. Bu xalq cənab Prezidentimizin bu bayraq günündə qələbə xəbərini verəcəyini səbirsizliklə gözləyir. O zaman bu üçrəngli bayrağımız daha qürurla dalğalanacaq.
Əziz xalqım,
Mən çox şadam ki, MMP olaraq daim siyasi kursunu dəstəklədiyim İlham Əliyev bu gün siyasi mövqeyindən asılı olmayaraq, bütün Azərbaycan xalqını “Biz birlikdə güclüyük” devizi ilə birləşdirə bildi və elə bu da bizi böyük qələbəmizə yaxınlaşdırır.
Əziz xalqım,
Sevindirici haldır ki, bu il Azərbaycan Bayrağı Gününü əvvəlki illərdən daha təmtəraqlı və atəşfəşanlıqla qeyd edəcəyik. Bu gün bayrağımız daha qürurla dalğalanacaq.
Mən MMP və şəxsən öz adımdan xalqımızı Bayraq günü münasibətilə təbrik edirəm.
Var olsun Azərbaycan, yaşasın Ali Baş Komandan. Allah əsgərlərimizi qorusun”.