Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.
Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir.
Mikroavtobus Bakıdan Qazaxa gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az