Masallı sakininin üzərində və yaşadığı evdə külli miqdarda heroin aşkarlanıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Z.Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.102info.az