Azərbaycan Televiziyasının “AZTV Xəbər” informasiya proqramında Ermənistan işğalından azad edilmiş Bala Göyçə gölündən geniş reportaj yayımlanıb.
Oxu.Az xəbər verir ki, çəkiliş qrupunun hazırladığı reportajda əsgərlərimizin işğaldan azad olunan ərazilərdə necə qürurla xidmət etdiyi əks olunub.
Bala Göyçə gölü Buğdadağın ətəyində yerləşir. Bir müddət əvvələ kimi erməni təxribatçılar gölü və ətraf əraziləri atəş altında saxladığından hər kəs bu təbiət möcüzəsinin suyundan, gözəlliyindən məhrum idi. Lakin müzəffər Azərbaycan Ordusu bu həsrətə son qoyub.
Komando birliklərində xidmət edən Elnur Mustafayev bildirib ki, bura strateji əhəmiyyəti olan yüksəklikdir: “Arxada bizim təminat yolları var, oraya, Bala Göyçəyə nəzərəti ələ keçirdik. Artıq söz və güc Azərbaycan Ordusunundur bu ərazidə. Bizim Azərbaycan Ordusu rəşadətlə öz xidmətlərini aparırlar”.
Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.
Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.
www.102info.az