Bakının Xətai rayonunda 44 yaşlı kişiyə vintaçanla xəsarət yetirilib.
“Report”un məlumatına görə, hadisə rayonun Xətai rayonunda qeydə alınıb.
Əhmədli qəsəbəsində mübahisə zəminində 1978-ci il təvəllüdlü Babayev Elşən Ağahüseyn oğlu deşici alətlə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarında bir ədəd kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.102info.az