Sabah toyu olacaq xanım taksi ilə qəzaya uğradı: Kanala düşdülər

Cəmiyyət

Mingəçevirdə iki avtomobil toqquşdu, maşınlardan biri lil axını kanalına düşdü.

“Xəzər Xəbər”in məlumatına görə, hadisə az öncə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.

Məlumata görə, xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir