Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbulu keçirilib – FOTO

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 9 ayında 1 274 458 vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 53 115 nəfər Nazirlik Aparatı və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 221 343 nəfər isə Nazirliyin Aparatı və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, yanvar-sentyabr aylarında 1 593 365 vətəndaş müraciəti, o cümlədən:

– Yazılı və e-qaydada edilmiş 352 573, 
– Çağrı Mərkəzi vasitəsilə 1 169 636,
– Sosial şəbəkələrdə 71 156 vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

www.102info.az