Safael Mişiyev və Roman Zilyanevin daxil olduğu “Mamagama” qrupu hər il keçirilən “Kënga Magjike” musiqi festivalında Azərbaycanı uğurla təmsil edib.
Media.az-ın məlumatına görə, tərcümədə “Sehrli mahnı” mənasını verən “Kënga Magjike” musiqi müsabiqəsi Albaniyanın “Televizioni Klan” televiziya şirkəti tərəfindən təşkil edilir.
Müsabiqə 1999-cu ildə fəaliyyətə başlandığı gündən hər il yayımlanır. Sadəcə 2020-ci il COVID-19 məhdudiyyətləri səbəbindən yayımlanmayıb.
Azərbaycan musiqiçiləri müsabiqədə “Dreamer” kompozisiyasının “cover” versiyasının ifa ediblər. Mahnıda milli musiqi aləti olan tardan istifadə edilib. Musiqiçilərin ifası ilk notlardan münsifləri heyran edib.
Nəticədə beş hakimin hamısı arzu olunan “yaşıl” düyməni basıb və bununla da azərbaycanlı ifaçılar təsnifatın birinci mərhələsindən uğurla keçib.
www.102info.az