Xətai rayonu, Sarayevo küçəsindəki yaşıllıq zolaqda axşam saatlarında tikinti işləri aparılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sakinlər tikinti işi şübhə doğurduğu üçün polisə müraciət ediblər:
“Ərazidə zibil toplama məntəqəsi tikiləcəyini bildirilir. Eyni zamanda, ağacların dibi qazılaraq beton tökülüb”.
Məsələ barədə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır:
“Əməkdaşlarımız ərazidədirlər. Orada hansı tikilinin olması barədə araşdırma aparılır”.
İlhamə Əbülfət
www.102info.az