Gəncənin beşinci dəfə raket hücumuna məruz qalmasından iki il keçir.
Baku TV-nin əməkdaşı Gəncə terroruna şahidlərin gözü ilə nəzər salıb.
Emin Mustafayev hadisənin yatdığı zaman baş verdiyini deyib.
“Gecə saat 2 radələri idi. Hadisə yatdığım yerdə oldu. Üzərimə daşlar töküləndə hiss etdim ki, nəsə baş verib. Gözümü açanda göydə ancaq ulduzları gördüm”, – deyə şahid qeyd edib.
Onun sözlərinə görə, 11 oktyabrdakı raket hücumu nəticəsində 10 qonşusu həlak olub.
“Oktyabrın 15-i ayrı bir məhəlləyə köçdüm. 17-si də həmin evimin yanına raket hücumu oldu. Orada da qonşularımdan 16 nəfəri həyatını itirdi”, – deyə E.Mustafayev deyib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az