Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb.
Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
www.102info.az